…Sevgisini, qayğısını, övladlarını qoruduğunu… dillə deyil, sözlə deyil, ruhu ilə, varlığının ecazkar və sirli, sehrli qüdrəti ilə deyən…analara bənzəyir Şuşa…

…Sevgisini, qayğısını, övladlarını qoruduğunu… dillə deyil, sözlə deyil, ruhu ilə, varlığının ecazkar və sirli, sehrli qüdrəti ilə deyən…analara bənzəyir Şuşa… Adı belə, könlümüzü kövrəldən və ruhumuzu duyğulandıran… canlı şəhər…Əsl övladların canı, qanı ilə təsdiq etdi səni özlərindən necə çox sevdiyini… Ona görə indi ikiqat, yüzqat müqəddəssən! Müzəffər Liderimiz sənin mənfur düşmən əlindən xilas edildiyini xalqımıza müjdə verəndə “Əziz Şuşa! Sən azadsan! Biz səni dirçəldəcəyik”,- deyib xitab etdi. Və bu xitab səni necə sevdiyimizin nümayişi oldu, bütün dünya azərbaycanlılarını bu müjdənin böyüklüyü, bu xitaba heyranlıq duyğuları bir ürək kimi birləşdirdi, eyni anda ağlatdı… Bu sevinc göz yaşları hamımızın ömrünə və tariximizə eyni xatirəni və əbədi həkk elədi… Hamımız Ulu Tanrıya bir arzu ilə üz tutduq: Allah bir də ayırmasın!..

Və bugün də Şuşadayıq! YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə keçirilən Milli Qurtuluş Günü münasibətilə Ulu öndər Heydər Əliyevin dövləti və xalqı xilaskarlıq missiyasının işığında “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün əziz Şuşanın qonaqlarıyıq.

Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın sədri, Müzəffər Lider cənab İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu böyük alqışlarla qarşılandı.

YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun geniş və əhatəli məruzəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parlaq ideyalarının bugün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan və möhkəmləndirilən bütün uğur, qələbə və zəfərlərin əbədiliyi ilə bağlı xalqımızın fikirlərinin ifadəsi oldu.

Onlarla dövlətin iqtidar partiya nümayəndələrinin qatıldığı bu beynəlxalq konfrans yenə mükəmməlliyi ilə möhtəşəm idi…

Və bu konfransın Şuşada keçirilməsi dünəndən bugünə və gələcəyə gedən yolun mahiyyətinin güzgüsü idi və çox böyük və dərin mesajların bir daha əsl nümayişi oldu!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir