Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Rüstəm Ruslan oğlu Həmidov və əsgər Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər.
DTS TV xəbər verir ki, qar uçqununa düşən əsgər Əli İmanov Sabirabad rayonundan hərbi xidmətə çağırılıb.