Azərbaycan-Türkiyə Qardaşlığına Həsr Olunan Gözəl Təşəbbüs

Azərbaycan və Türkiyə arasında dərin dostluq və qardaşlıq münasibətlərinin kiçik ürəklərdə necə böyük təzahür etdiyini bir daha gördük. Giresun şəhəri 19 Eylül İlkokulu 3/D sinfinin şagirdləri və Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4nömrəli tam orta məktəb şagirdləri Azərbaycan-Türkiyə dostluğunu əks etdirən mahnını Zoom platforması vasitəsilə birlikdə səsləndirdilər.

Bu layihə uşaqlar arasında mədəni körpülər qurmaq, birliyi və dostluğu daha da möhkəmləndirmək məqsədi daşıyırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir