Bərdə şəhər Heydər Əliyev prospektində
gül kolları və mövsümi çiçəklər əkilmişdir. Eyni zamanda həyata keçirilən aksiya zamanı rayon ərazisində abadlıq işləri aparılaraq, Şəhərin mərkəzində olan ağaclara aqrotexniki qulluq göstərilmişdir. Bərdə Bələdiyyəsinin sədri Ruslan Ahmedov qeyd edib ki, ağaclara aqrotexniki qulluq göstərmək və mövsümə uyğun çiçəklərin əkilməsi tədbirinin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, eyni zamanda ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməkdir.


























