Qələbə Gününün 80 illik yubileyində özümə borc bildim Babam Əhmədov İsa Kazım oğlunu böyük sevgi və hörmətlə yad edim.

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Mən Əhmədova Sevinc Akif qızı Böyük Vətən Müharibəsinin 80 (səksən) illiyik Qələbə yubileyi münasibətilə, Babam Əhmədov İsa Kazım oğlunun döyüş yolu haqqında məlumat çatdırmaq istəyirəm. Babam Əhmədov İsa Kazım oğlu 1912-ci ildə Qərbi Azərbaycan Zəngəzur mahalı Qafan rayonunda anadan olmuşdir. 1941-ci ildə İkinci Dünya Müharibəsi başlanması ilə əlaqədar Qafan r-nu üzrə keçmiş (Кафанский РВК, Армянская ССР, Кафанский р-н) Hərbi komisarlığı tərəfindən müharibəyə çağırılmışdır. Babam Əhmədov İsa Kazım oğlu Böyük Vətən Müharibəsi zamanı 4 (dörd) il 3 (üç) ay müddətinə Sevastopil ,Stalinqrad (indiki Volqaqrad) şəhərlərinin alınmasında qəhrəmancasına döyüşmüş, Qızıl ordu (Красноармеец) əsgəri adına laiq görülmüş Suvorov Kutuzov orderi və bir çox medallarla tərtiv olunmuşdur. Babab müharibənin bitməyinə bir neçə ay qalmış Kerç boğazında vuruşarkən ağır yaralanmış qospitalda müəyyən müddətə müalıcə almış və yaralanmasının dərəcədini nəzərə alaraq CCP Dövləti tərəfindən (221 ороб арм.базы ЧГВ Закф) demobilizavat olunmuşdur. Cox sevindirici və qürürlanacaq bir hisdir ki babam Əhmədov İsa Kazım oğlunun İkinci Dünya Müharibəsi işrtakçısı olması barədə bütün sənədli məlumatları hal-hazırda Rusya Federassiyasının Mərkəzi Milli Arxiv İdarəsi və Dövlət tərəfindən yaradılmış elektron www.pamyat-naroda.ru portalında qorunub saxlanıqmaqdadır (Оригинал документа находится в Централном архиве Министерства обороны РФ) Başda atam və öz adımdan deyə bilərəm ki, babamız mənim və bütün evladlarının nəvələrinin nəticələrinin yaddaşında adıyla insanlığı ilə zəhməkeş mehriban qayğıkeş ailə başçılığlı ilə yanaşı qəhrəmanlığı ilə də hər zanman qəbilizdə yaşayacaq və daim qürürla anılacaqdır.Təssüflə babam gənc yaşında dünyasını dəyişdir. Mənim nənəmdən atamdan eşitdiyim xatirələrimdə babmın qısa yaşadığı ömründə həmişə sevgiylə hörmətlə anıldığı onun nə qədər vətəninə elinə obasına ailəsinə doğmalırana qarşı hörmətli sədaqətli qayğıkeş mərd fəxr edəcək bir insan olduğu deyilmişdir.Böyük Vətən Müharibəsinin 80(səksən)illik qələbə yübileyi münasibətilə sağ qalan müharibə iştrakçılarını təbrik edir, dünyadan köçənlərə Allahdan rəhmət diləyirik.Əziz qəhrəman İsa babamız biz səni daim fəxr və qürürla hörmətlə anırıq, səninlə hər zaman fəxr edirik.Allah sizə rəhmət etsin məkanınız cənnət olsun.

Əhmədova Sevinc Akif qızı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir